“Qalatasaray”ın heyətinə qatmaq istədiyi Ceyson Denayerin yeni klubu müəyyənləşib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer hüququ “Mançester Siti”yə məxsus olan belçikalı müdafiəçi İngiltərədə qalası olub.
Ötən mövsümü “Qalatasaray”da icarə əsasında keçirən 21 yaşlı futbolçunu türklər heyətlərində saxlamaq istəsələr də, buna nail olmayıblar. Belə ki, Denayer “cim-bom”a keçmək istəsə də, “Mançester Siti” rəhbərliyi buna razı olmayıb. Nəticədə Ceyson icarə əsasında “Sanderlend”ə keçib.
Qeyd edək ki, 2014-cü ildən “Mançester Siti”nin futbolçusu sayılan Denayer ötən ildən Belçika millisinə çağırılır.