[b]“Qalatasaray”dan uzaqlaşdırılan futbolçu Rusiyaya köçə bilər[/b]
02.01.2017 - 22:04
“Qalatasaray”da heyətdən kənarlaşdırılan Yasin Öztekin iş yerini dəyişə bilər. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi ilə “Rubin” maraqlanır.
Ruslar 29 yaşlı oyunçu üçün İstanbul təmsilçisinə 4 milyon avro təklif edib.
Qeyd edək ki, Yasin bu mövsüm “Qalatasaray”ın heyətində 14 oyunda meydana çıxıb və 7 qol vurub.
0
0