“Qalatasaray”ın yeni baş məşqçisi İqor Tudor 2 futbolçunun çıxışından narazı qalıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı “Beşiktaş”a məğlubiyyətdən (0:1) sonra Səlçuk İnan və Uesli Sneyderə xəbərdarlıq edib.
Tudor hər iki futbolçudan daha yaxşı oyun göstərməyi tələb edib. 39 yaşlı məşqçinin Superliqanın XXIII turunda “Antalyaspor”la matçda bu oyunçulardan ən azı birini ehtiyatda saxlayacağı istisna olunmur.
Qeyd edək ki, Türkiyə çempionatının cari mövsümündə 22 turdan sonra 40 xal toplayan “Qalatasaray” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.