“Qalatasaray”ın müdafiəçisi Yasmin Latovleviçinin bir müddət əvvəl Rumıniya millisindən kənarda qalmasının səbəbi müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yığmanın baş məşqçisi Kristof Daum futbolçuya adına görə dəvət göndərməyib.
Bunu Daumun köməkçisi Valeriu Raçita da təsdiqləyib: “Latovleviçinin rumın olduğunu Daum bilmirdi. Adına görə onun serbiyalı olduğunu düşünürdü”.
Almaniyalı çalışdırıcının digər köməkçisi İonut Badea isə oyunçu ilə bağlı məlumatı özünün verdiyini söyləyib: “Daum yeni gələndə məndən oyunçularımızın ümumi siyahısını istəmişdi. Latovleviçinin adını siyahıda görəndə təəccüblənmişdi. Ona Yasminin bizim oyunçu olduğunu bildirdim”.
Qeyd edək ki, ötən ilin iyul ayında Rumıniya yığmasının “sükanı arxası”na keçən Kristof Daum Monteneqro ilə seçmə mərhələnin ilk oyununda Yasmin Latovleviçiyə dəvət göndərməmişdi. 31 yaşlı cinah oyunçusu 2011-ci ildən bəri ümumilikdə 13 oyunda Rumıniya millisinin formasını geyinib.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”