[b]“Qalatasaray”lı futbolçu yanğınla üzləşdi [/b]
01.12.2016 - 12:59
[b]“Qalatasaray”lı futbolçu yanğınla üzləşdi [/b]

“Qalatasaray”ın futbolçusu Luis Pedro Kavanda bədbəxt hadisə ilə üzləşib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anqola əsilli belçikalı müdafiəçinin Floryadakı evi yanıb.

 

Yanğın gecə saat 3-də tanınmış türkiyəli futbolçu Əmrə Belözoğlunun atası Mehmet Belözoğlunun da qaldığı binanın damında baş verib. Alov söndürülənə qədər Kavanda və Belözoğlu binanın bağçasında durublar.

 

Havanın küləkli olması yanğını şiddətləndirsə də, təxminən yarım saatlıq cəhdlərdən sonra hadisənin qarşısını almaq mümkün olub.

 

Kavanda və Mehmet Belözoğlu xəsarət almasa da, evlərinə ciddi ziyan dəyib.