[b]“Qarabağ” 5-ə çatdı[/b]
16.07.2015 - 08:43
[b]“Qarabağ” 5-ə çatdı[/b]

Ağdamın “Qarabağ” klubunun evdə qələbəsiz oyunlar seriyası 5-ə çatıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Rudar” klubunu məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri öz meydanında qələbəyə həsrətdi.

 

Ağdamlılar Bakıda sonuncu dəfə 2014-cü il iyulun 30-da Çempionlar Liqasının III təsnifat mərhələsində qələbə qazanıb. 349 gün əvvəl “Qarabağ” Avstriya təmsilçisi “Zalsburq”dan üstün olub – 2:1.

 

Həmin oyundan sonra Ağdam təmsilçisi doğma azarkeşləri önündə qalib gələ bilmir. Bu müddətdə keçirilən 5 görüşdən 4-də qol vurulmayıb.  “Qarabağ” Hollandiya “Tvente”si, Fransa “Sent-Etyenn”i, İtaliya “İnter”i və Monteneqro “Rudar”ı ilə qolsuz heç-heçə edib, Ukrayna “Dnepr”i qarşısında isə aciz qalıb – 1:2.

 

Qeyd edək ki, “Qarabağ”ın avrokuboklardakı ev oyunlarında antirekordu 7 qələbəsiz matçdan ibarətdi.