“Qarabağ”ın avrokuboklardakı ev oyunlarnda yaşadığı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz mövsümün ilk belə yenilgisini bu gün alıb.
Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin “Fiorentina” ilə görüşündə 1:2 hesabı ilə uduzub. Bununla, 5 oyunluq seriya başa çatıb. “Qarabağ” Çempionlar Liqasında “Düdelanj” (2:0) və “Viktoriya” (1:1), Avropa Liqasında “Höteborq” (3:0), “Slovan” (2:2) və PAOK-a (2:0) məğlub olmamışdı.
Son məğlubiyyət ötən mövsümün son ev oyununda yaşanmışdı. 2015-ci il noyabrın 26-da İngiltərə “Tottenhem”inə 0:1 hesabı ilə yenilən təmsilçimiz 378 gündən sonra azarkeşlərini üzüb.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər