[b]“Qarabağ” – “Atletiko” matçının biletləri satışda[/b]
02.10.2017 - 16:06
[b]“Qarabağ” – “Atletiko” matçının biletləri satışda[/b]

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Atletiko”nu qəbul edəcək. Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, oktyabrın 18-də keçiriləcək matçın biletləri satışa çıxarılıb.

 

Azarkeşlər satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilərlər. Onlayn bilet almaq istəyən azarkeşlərimiz isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı saat 20:00-da start götürəcək.

 

Satış məntəqələri: 

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)