[b]“Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdirildi[/b]
18.04.2016 - 12:31
[b]“Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdirildi[/b]

Topaz Premyer Liqasının XXXI turunun təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyununun vaxtı dəyişdirilib.

 

Belə ki, çempionatın lideri “Qarabağ”la 3-cü pillədə qərarlaşan “İnter” arasında oyun aprelin 22-də keçiriləcək. Oyun öncədən aprelin 23-nə planlaşdırılsa da, bir gün əvvəl keçirilməsi məqsədəuyğun sayılıb. Bu üzdən də XXXI tur 2 deyil, 3 gün davam edəcək.