[b]“Qarabağ” – “Kopenhagen” matçı UEFA-nın gözü ilə[/b]
09.08.2017 - 15:30
[b]“Qarabağ” – “Kopenhagen” matçı UEFA-nın gözü ilə[/b]

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” komandaları haqda yazı hazırlayıb. Apasport.az-ın məlumatına görə, yazıda hər iki klub barədə faktlar və statistik göstəricilər yer alıb.

 

Baş məşqçilər - Qurban Qurbanov və Stole Solbakken də yaddan çıxarılmayıb.

 

- Ardıcıl olaraq Avropa Liqasının (AL) qrup mərhələsində çıxış edən “Qarabağ” ilk dəfə ÇL-in pley-offuna adlayıb və nəhayət, turnirin qrupunda debüt etmək istəyir. “Qarabağ” böyük təcrübəsi olan “Kopenhagen”i qəbul edəcək.

 

- Bu komandalar 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunun təsnifat mərhələsində qarşılaşıblar. “Kopenhagen” iki oyunda ümumilikdə 10:0 hesablı qələbəyə imza atıb (6:0, 4:0). Bu, Azərbaycan və Danimarka klublarının qarşılaşdığı hələlik yeganə dueldi.

 

- “Qarabağ” 4-cü dəfə ÇL-də çıxış edir. Əvvəlki 3 ildə komanda bir qayda olaraq, III təsnifat mərhələsində dayanıb.

 

- 2016/17 mövsümündə Azərbaycan təmsilçisi ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Hər 3 halda komanda ÇL ilə vidalaşdıqdan sonra AL-də mübarizəni davam etdirib.

 

- “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci çempionluqdan sonra ÇL-də oynamaq hüququ qazanıb. Komanda pley-offa qədər Gürcüstanın “Samtredia” (5:0, 1:0) və Moldovanın “Şerif” klublarına (0:0, 2:1) gücünü göstərib.

 

- “Qarabağ” avrokuboklarda keçirdiyi son 8 ev oyunundan yalnız birində məğlubiyyətlə üzləşib. Onlar 2016-cı il, dekabrın 8-də öz meydanlarında “Fiorentina”ya 1:2 hesabı ilə uduzublar.

 

- “Kopenhagen” ümumilikdə 6 dəfə çıxışı etdiyi Çempionlar Liqasının pley-off mərhələsində 2 dəfə sevinən tərəf olub. Onlar 2010/11 mövsümündə “Rusenborq”, ötən il isə APOEL-ə güclərini göstəriblər. 2009/10 mövsümündə həmin APOEL danimarkalılara şans vermədiyi halda, 2011/12 mövsümündə “Viktoriya”, 2012/13 mövsümündə “Lill”, 2014/2015 mövsümündə isə “Bayer” “Kopenhagen” üçün keçilməz olub.  

 

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəsmi matçlarda vurduğu 12 qolla Azərbaycan yığmasının ən məhsuldar oyunçusudu. O, 2008-ci ildən Ağdam klubunun baş məşqçisidi.

 

- Stole Solbakken məşqçilik karyerasında ikinci dəfə “Kopengahen”i çalışdırır. O, komandasını 7 dəfə Danimarka çempionu edib. Futbolçu karyerasında 58 oyunda Norveç yığmasının formasını geyinib və butslarını mismardan məhz “Kopenhagen”də asıb. Karyerasını erkən bitirməsinə ürəyindəki problem səbəb olub.