[b]“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı[/b]
03.04.2017 - 13:40
[b]“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aprelin 5-də keçiriləcək qarşılaşmalar fərqli vaxtda başlayacaq.

 

Öncə Qəbələdə eyniadlı komanda “İnter”lə üz-üzə gələcək. Ardınca “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Hər iki oyun "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq. 
 

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)

16:30. “Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu

İlk oyun – 3:1

19:30. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 2:0