[b]“Qarabağ” – “Viktoriya” matçına nə qədər bilet satılıb?[/b]
01.08.2016 - 13:50
[b]“Qarabağ” – “Viktoriya” matçına nə qədər bilet satılıb?[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” - “Viktoriya” matçının bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, 20 minə yaxın bilet artıq sahibini tapıb.

 

Matçın startına hələ gün yarım vaxt qaldığını nəzərə alsaq, tribunaların tamamilə dolacağını gözləmək olar.

 

Qeyd edək ki, “Qarabağ” – “Viktoriya” matçı saat 20:30-da start götürəcək.