[b]“Qarabağ” – AZAL oyununun vaxtı dəyişdirildi[/b]
10.03.2017 - 13:05
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində baş tutacaq “Qarabağ” – AZAL matçının başlanma saatında dəyişiklik edilib. Apasport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, martın 14-də keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Əvvəl isə oyunun startı saat 18:00-a planlaşdırılmışdı.
Qeyd edək ki, “Qarabağ” – AZAL matçı "Azərsun Arena"da keçiriləcək.
0
0