[b]“Qarabağ” – PAOK matçının hakimləri bəlli oldu[/b]
17.10.2016 - 12:44
[b]“Qarabağ” – PAOK matçının hakimləri bəlli oldu[/b]

Avropa Liqasının qrip mərhələsinin III turunun “Qarabağ” – PAOK matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 20-də Bakıda keçiriləcək qarşılaşma israilli hakimlərə tapşırılıb.


Matçı Alon Yefet idarə edəcək. Ona həmyerliləri Danni Krasikov, Nissan Davidi kömək edəcəklər. Matçın əlavə köməkçi hakimləri Rua Reinşreyber və Ziv Adler olacaq. Dördüncü hakim funksiyasını Kiril Balikin yerinə yetirəcək.


Qarşılaşmanın hakim-inspektoru İqor İşenko (Ukrayna), UEFA nümayəndəsi Rudolf Mannaerts (Belçika) olacaq.

 

Yefet bu vaxta qədər 2 dəfə təmsilçilərimizin oyununu idarə edib.

Belə ki, 2002-ci ildən FİFA referisi adını daşıyan israilli hakim ilk olaraq, AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan və Bolqarıstan yığmaları arasında Bakıda baş tutan qarşılaşmada ədaləti qoruyub. Qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Yefet millimizin üzvlərinə 3, rəqiblərimizə isə 1 sarı vərəqə verib.


Yefetin əsl peşəsi marketinq sahəsi üzrə menecerlikdi. Hobbisi isə filmlərə baxmaq, səyahət etmək və basketbol oynamaqdı.

 

0