[b]“Qarabağ” “Qəbələ”yə çatdı[/b]
11.07.2017 - 22:16
[b]“Qarabağ” “Qəbələ”yə çatdı[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la “Samtredia” arasında ilk oyunu rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, buna səbəb Azərbaycan çempionunun Bakıda baş tutan görüşdə qol vurmasıdı.

 

Qurban Qurbanovun yetirmələri rəqib qapısına yol taparaq, ardıcıl 7-ci ev oyununda qol sevinci yaşayıb. Əyalət klubu ötən mövsüm öz meydanında keçirdiyi bütün avrokubok matçlarında fərqlənmişdi.

 

“Qarabağ” Çempionlar Liqasında “Düdelanj” (2:0) və “Viktoriya” (1:1), Avropa Liqasında “Höteborq” (3:0), “Slovan” (2:2), PAOK (2:0) və “Fiorentina”nı (1:2) məyus edib. Onların fərqlənmədiyi son ev oyunu isə 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il noyabrın 26-da minimal hesabla qalib gələn “Tottenhem” Bakını qol buraxmadan tərk edib.

 

Ardıcıl 7-ci dəfə qonaqlara qol vurmaq iddiasında olan ağdamlılar bunu reallaşdıraraq, Azərbaycan klublarının mütləq rekorduna şərik çıxıb. Bu göstəricinin müəllifi isə “Qəbələ”di. “Qırmızı-qaralar” da ötən mövsümün bütün ev oyunlarında fərqlənib. Lakin onlar I təsnifat mərhələsindən mübarizəyə qoşulduğu üçün daha çox – 7 matç keçirib. “Qırmızı-qaralar” da bu rekord seriyanı davam etdirir.

 

“Qarabağ” bu gün rekordu təkrarlasa da, iki gündən sonra Polşa “Yagelloniya”sını qəbul edəcək “Qəbələ” seriyasını 8-ə çatdırmaqla yenidən önə keçə bilər.