[b]“Qarabağ” “Real” və “Olimpiakos”a şərik çıxdı[/b]
18.04.2016 - 11:12
[b]“Qarabağ” “Real” və “Olimpiakos”a şərik çıxdı[/b]

“Qarabağ” qələbə seriyasını 7-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXX turunun “Neftçi” ilə səfər matçında 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi mövsümün rekordu olan seriyasını daha da yaxşılaşdırıb.

 

Qurban Qurbanovun yetirmələri sonuncu dəfə XXIII turun “İnter”lə səfər matçında xal itirib – 1:1. Bundan sonra keçirdiyi 7 görüşdə 21 xal toplayan üçqat Azərbaycan çempionu seriyası davam etməkdə olan dünya klubları sırasında ön sıralardadı.

 

Bu siyahıya ardıcıl 9 qələbə qazanan İsveç “Yurqorden”i başçılıq edir. İrlandiyanın aşağı dəstə təmsilçisi “Limerik”in seriyası 8-ə bərabərdi.

 

3-cü pillənin üç şəriki var. Belə ki, “Qarabağ” kimi daha iki komanda son 7 turda xal itirməyib. Bunlar İspaniyanın “Real” və Yunanıstanın “Olimpiakos” klublarıdı.

0