[b]“Qarabağ” uduzdu[/b]
07.10.2017 - 19:39
[b]“Qarabağ” uduzdu[/b]

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən klublar yoxlama oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, fürsətdən yararlanan “Sumqayıt” “Qarabağ”la qarşılaşıb.

 

Görüş “kimyaçılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sumqayıt”ın qollarını 10-cu dəqiqədə Amil Yunanov, 19-cu dəqiqədə isə Azər Salahlı rəqib qapısından keçirib.

 

“Qarabağ”da isə Miçel penalti zərbəsindən fərqlənib.