[b]“Qarabağ” “Trabzonspor”la oynayacaq[/b]
12.04.2017 - 19:34
[b]“Qarabağ” “Trabzonspor”la oynayacaq[/b]

"Qarabağ"ın 12 yaşlılardan ibarət komandası bu gün Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, futbolçular "Altınordu" klubu tərəfindən hər il keçirilən "U-12 İzmir Cup" turnirində iştirak edəcək.

 

Bu turnirdə 12 ölkənin 48 komandası yarışacaq. İspaniyanın "Atletiko" (Madrid), "Atletik" (Bilbao), Rusiyanın "Krasnodar", Yunanıstanın "Panatinaikos", Almaniyanın "SV Ayntraxt", "Berlin", İtaliyanın "Torino, Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Altınordu" kimi klubları yarışda iştirak edəcəklər.

 

Artıq "Qarabağ"ın qrupdakı rəqibləri də məlumdur. Təmsilçimiz "Trabzonspor", "Gümüşordu", "Denizli Çamlık", "Çorlu Fənər" və H6 klublarıyla qarşılaşacaq.

 

Qeyd edək ki, qrupun ilk oyunları sabah keçiriləcək.