[b]“Qarabağ” Avropa Liqası ilə rekordla vidalaşdı[/b]
08.12.2016 - 22:03
[b]“Qarabağ” Avropa Liqası ilə rekordla vidalaşdı[/b]

“Qarabağ” avrokuboklarda rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan klublarının qrupda vurduğu qol sayında ən yüksək göstəriciyə imza atıb.

 

Qrup mərhələsini adlaya bilməyən Qurban Qurbanovun yetirmələri mövsümü 7 qolla başa vurub. Bu, 6 oyunda orta hesabla 1,67 qol deməkdi. Bunadək heç bir Azərbaycan klubu qrupda bu qədər qol vurmamışdı.