[b]“Qarabağ” AZAL-la oyunun hazırlığına başlayır[/b]
26.01.2016 - 09:10
[b]“Qarabağ” AZAL-la oyunun hazırlığına başlayır[/b]

“Qarabağ” Topaz Premyer Liqasının üçüncü dövrəsi çərçivəsində həftəsonu AZAL-la keçirəcəyi qarşılaşmanın hazırlığına başlayır. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisində istirahət bitib.

 

Antalyada 20 günlük təlim-məşq toplanışını başa vuran və artıq vətənə dönən “köhlən atlar” dünəni dincəlməklə keçiriblər. Birgünlük istirahətə artıq yekun vurulub. Baş məşqçi Qurban Qurbanov bu gündən AZAL-la matçın hazırlığı üçün klubun bazasında məşqlərə start verəcək.

 

Qeyd edək ki, XIX tur çərçivəsində AZAL-la keçiriləcək oyun yanvarın 30-da baş tutacaq.