[b]“Qarabağ” dayandı[/b]
05.04.2017 - 21:32
[b]“Qarabağ” dayandı[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ” “Neftçi” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə başa çatan oyun ilk matçı 2:0 hesablı qələbə ilə başa vuran ağdamlıları finala çıxarıb.

 

Qurban Qurbanovun yetirmələri finala çıxsalar da, qolsuz bərabərlik komandanın seriyasının qırılmasına səbəb olub. Belə ki, ölkə kubokunda ardıcıl 11 oyunda qələbə qazanmış Ağdam klubu 12-ci oyunda bu sevinci yaşaya bilməyib.

 

Belə ki, bu mərhələnin ilk matçında “Neftçi”ni səfərdə 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bundan əvvəlki son 10 qarşılaşmanı da qalib kimi tərk edib.

 

Cari mövsüm 1/8 finalda “Səbail”i 5:0, 1/4 finalda isə  iki dəfə “Sumqayıt”ı məğlub edən (6:0, 5:2) ağdamlıların qələbə seriyası 2014/15 mövsümündə başlayıb. Finalda “Neftçi”ni 3:1 hesabı ilə üstələyən “Qarabağ” 2015/16 mövsümünün bütün matçlarında qalib gəlib. Ağdamlılar 1/8 finalda “Şəmkir”i 2:0, 1/4 finalda “Sumqayıt”ı 2:0 və 4:1, 1/2 finalda “İnter”i 4:0 və 1:0, həlledici matçda isə “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

 

Qeyd edək ki, “Qarabağ”ın qalib gələ bilmədiyi son kubok oyunu 2014/15 mövsümünün yarımfinalına təsadüf edib. Həmin vaxt əyalət klubu “Simurq”la səfərdəki cavab oyununda qolsuz heç-heçə edib.