[b]“Qarabağ” keçmiş oyunçusunu geri qaytarır[/b]
06.07.2016 - 19:32
[b]“Qarabağ” keçmiş oyunçusunu geri qaytarır[/b]

Ötən mövsüm “Qarabağ”dan ayrılaraq Türkiyə PTT 1-ci Liqasında müabrizə aparan “Göztəpə”yə keşən Leroy Corc yenidən Ağdam klubunun heyətində çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyənin “Milliyət” qəzeti xəbər yayıb.

 

Bildirilib ki, keçən mövsümün ilk yarısında yaxşı çıxış edən, ancaq dövrə arasından sonra tədricən formadan düşən və yeni baş məşqçi Okan Buruk tərəfindən heyətdə düşünülməyən oyunçuya Azərbaycandan təkliflər var. Türk həmkarlarımızın iddiasına görə, hollandiyalı oyunçu ilə köhnə klubu “Qarabağ” və başqa iki klubumuz maraqlanır.

 

Okan Buruk Leroy Corcla bərabər belçikalı Fleminksin də satılana qədər formalarını itirməmələri üçün komanda ilə birlikdə məşq edəcəyini də vurğulayıb.

 

Qeyd edək ki, Leroy Corcla bərabər keçən yay “Qarabağ”ı tərk edib “Əskişəhərspor”a keçən makedoniyalı Muarem Muarem də başa çatan mövsümün dövrə arasında yenidən Azərbaycan çempionunun sıralarına qoşulmuşdu.