[b]“Qarabağ” kiçik komanda deyil” – Ceremi Tulalan[/b]
22.10.2015 - 09:59
[b]“Qarabağ” kiçik komanda deyil” – Ceremi Tulalan[/b]

“Qarabağ” barədə çox məlumatımız yoxdu. Ancaq nəticələrindən xəbərdarıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Monako”nun kapitanı Ceremi Tulalan deyib.

 

Fransa klubu Avropa Liqasının qrup mərhələsində bu gün “Qarabağ”ı qəbul edəcək.

 

Oyunla bağlı fikirlərini bildirən 32 yaşlı yarımmüdafiəçi təmsilçimiz barədə müsbət fikirlər səsləndirib: “Qarabağ”ın “Anderlext” kimi komandanı məğlub etməsi onların gücündən xəbər verir. Həmçinin ölkə çempionatının son turunda böyükhesablı qələbə qazandıqlarını və məğlubiyyətsiz lider olduqlarını bilirik. “Qarabağ” nəhəng klub olmasa da, kiçik komanda da deyil. Buna baxmayaraq, ilk qələbəmizi qazanmaq və qrupda vəziyyətimizi düzəltmək istəyirik”.

 

Qeyd edək ki, “Lui II” stadionunda keçiriləcək “Monako” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0