[b]“Qarabağ” Maksim Medvedevi də itirdi[/b]
30.11.2016 - 10:22
[b]“Qarabağ” Maksim Medvedevi də itirdi[/b]

Topaz Premyer Liqasının XIII turunun son oyunu daha üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” – “Qəbələ” qarşılaşmasında vərəqə alan üç futbolçu ilin son turunu buraxacaq.

 

Onlardan ikisi sarı, biri qırmızı vərəqə üzündən bu aqibətlə üzləşib. 2:1 hesabı ilə qalib gələn meydan sahibləri daha ağır itkiyə üzülüb.

 

“Qarabağ”ın liderlərindən olan Riçard Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün ən azı 2 oyunluq cəzalanacaq. Bu isə o deməkdi ki, braziliyalı təkcə “İnter”lə XIV turun matçını deyil, həm də 2017-ci ilin “Neftçi” ilə ilk qarşılaşmasını buraxacaq.

 

“İnter”lə görüşdə isə yeganə itki Almeyda olmayacaq. Onunla yanaşı, vitse-kapitan Maksim Medvedev də oyunu buraxacaq. Müdafiəçi mövsümdə 4-cü sarı vərəqəni aldığı üçün ili bitirib.

 

“Qəbələ” isə Ürfan Abbasovun xidmətindən məhrum olub. 4-cü dəfə xəbərdarlıq alan müdafiəçi “Kəpəz”lə səfər matçında forma geyinməyəcək.