Türkiyə mətbuatı UEFA-nın keçmiş vitse-prezidenti Şensez Erziklə bağlı geniş yazı dərc edib. Apasport.az-ın hurriyet.com.tr saytına istinadən məlumatına görə, məqalədə Azərbaycanla bağlı maraqlı məqama toxunulub.
Belə ki, yazıda Azərbaycan futbolunun Avropa səhnəsində yer alması və “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı məhz Erziklə əlaqələndirilib.
“Qarabağ”lıların qəlbindəki yeri ayrıdı” ara başlığı qoyulan yazıda Ağdam klubunun futbol akademiyasının sabiq rəhbəri Hamdi Sərpil Tüzünün məhz Erzikin məsləhəti ilə Azərbaycana gəldiyi vurğulanıb: “Şenez Erzik təkcə öz ölkəsi üçün baş yormadı. Dost ölkə Azərbaycanın Avropa futbol səhnəsində yer almasında da böyük zəhməti var. Bu mövsüm ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə adlayan “Qarabağ” məsləhətçi kimi daim Erzikə müraciət edib. Onun təklifi ilə aparılan Hamdi Serpil Tüzünün modeli ilə hardan hara gəldiklərini gördük”.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir