[b]“Qarabağ” Miçellə bağlı qərarını verdi[/b]
09.06.2017 - 16:02
[b]“Qarabağ” Miçellə bağlı qərarını verdi[/b]

“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Apasport.az klubun saytına istinadən məlumat verir ki, ağdamlılar sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb. 

 

İspaniyalı yarımmüdafiəçi daha 2 il “Qarabağ”ın formasını geyinəcək. Dünən Bakıya gələn futbolçu bu gündən məşqlərə qoşulacaq.

 

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında komandamıza transfer olunub və Ağdam təmsilçisinin heyətində 71 oyuna (49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla (8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.

 

“Qarabağ” Miçelədə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalayıb.