[b]“Qarabağ” PAOK-a şərik oldu[/b]
13.02.2017 - 16:12
[b]“Qarabağ” PAOK-a şərik oldu[/b]

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 5-ci səfər qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası XVIII turda “Kəpəz”in meydanında qazandığı 1:0 hesablı qələbə ilə seriyasını 5-ə çatdırıb.

 

Bunadək ağdamlılar “Neftçi”ni 2:0, AZAL-ı 1:0, “Zirə”ni 2:0, yenidən AZAL-ı 2:1 hesabı ilə yenmişdi. Əyalət klubunun səfərdə son xal itkisi 2016-cı il oktyabrın 2-də qeydə alınıb. Həmin gün “Qarabağ” Qəbələdə eyniadlı komandaya uduzub – 0:2.

 

Bu, Premyer Liqanın liderinə dünyanın ən uzun səfər qələbələri seriyaları sırasına düşmək üçün yetərli olub. “Qarabağ” bu cədvəldə 10-cu yerdə qərarlaşan Yunanıstan PAOK-una şərik olub. Saloniki təmsilçisi də ardıcıl 5 səfərdə 3 xal qazanıb.

 

Qeyd edək ki, siyahıya “Seltik” başçılıq edir. Qlazqo klubu Şotlandiya çempionatında ardıcıl 9 səfər qələbəsini sıralayıb.