Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIX tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə turnir cədvəlinin liderləri “Qarabağ”la “Qəbələ” üz-üzə gəliblər.
Qəbələdə baş tutan görüşdə “Qarabağ” böyükhesablı qələbəyə sevinib. Bununla Ağdam təmsilçisi liderlə aradakı xal fərqini 4-ə endirdib. "Qarabağ"ın futbolçusu Vüqar Nadirov isə əvəzedicilərin yarışında növbəti qolunu vurub.
Turun digər görüşündə isə “Sumqayıt” AZAL-a qalib gəlib.
“Sumqayıt” – AZAL - 3:1
Qollar: Süleyman Əhmədov, 35, 43, 55 - Renat Aşurov, 18 (pen.)
“Qəbələ” - “Qarabağ” - 1:4
Qollar: Ramil Hasanov, 7 - Nicat Abbasov, 36; İlyas Səfərzadə, 54; Vüqar Nadirov, 57; Elgün Nəbiyev, 68