[b]“Qarabağ” qol vursa...[/b]
02.08.2016 - 17:39
[b]“Qarabağ” qol vursa...[/b]

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin Çexiya “Viktoriya”sı ilə bugünkü qarşılaşmasında 15-ci ev qələbəsini qazana bilər. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə keçirdiyi 34 qarşılaşmada ağdamlılar 14 qələbə qazanıb, 9 heç-heçə edib və 11 dəfə uduzub.

 

Plzen təmsilçisi ilə görüşdə - 35-ci ev oyununda qeydə alınacaq qələbə 15-ci, heç-heçə 10-cu olacaq. Avrokuboklardakı ev oyunlarında 29 qol vurub, 27-ni buraxan “Qarabağ” 30-cu dəfə rəqib qapısına yol tapmağa da yaxındı. Bunun üçün Qurban Qurbanovun yetirmələri qonaqların müqavimətini qırmalıdı.

 

Qeyd edək ki, “Qarabağ” – “Viktoriya” oyunu saat 20:30-da başlayacaq.