[b]“Qarabağ” rekordun bir addımlığında dayandı[/b]
02.10.2017 - 12:53
[b]“Qarabağ” rekordun bir addımlığında dayandı[/b]

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb. İlk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə VII turun ev görüşündə xal itiriblər - 0:0.

 

Bu, klubun Azərbaycan çempionatlarındakı ikinci ən yaxşı startıdı. Bütün ölkə çempionatlarında iştirak edən “Qarabağ” yalnız bir dəfə mövsümə daha çox qələbə ilə başlayıb. Ağdamlılar 2003/04 mövsümünün əvvəlində ardıcıl 6 qələbə qazanıb ki, bu da klub tarixinin mütləq rekordudu. Qurban Qurbanovun yetirmələri “Zirə” ilə görüşdə xal itirməklə həmin rekordun bir addımlığında dayanıb.

 

Qeyd edək ki, “Qarabağ” 7 turdan sonra 16 xalla Premyer Liqaya liderlik edir.