Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şerif”lə ilk oyunu “Qarabağ”ın futbolçusu İbrahim Şehiç üçün ikiqat yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bosniya və herseqovinalı qapıçı avrokuboklarda 40, “Qarabağ”da 150-ci matçını keçirib.
Şehiç Ağdam klubunda 38 avrokubok, 101 çempionat və 11 kubok görüşündə meydana çıxıb. O, klub tarixində 150 və daha çox oyun keçirən 27-ci futbolçu olub.
İbrahim “Qarabağ”ın 3-cü qapıçısıdı ki, 150-ni fəth edir. Onadək yalnız iki qolkiper bunu bacarmışdı.
1987-ci ildə yaranan klub 30 illik tarixində ən çox oyun keçirən qolkiper Camaləddin Əliyev, həmçinin Fərhad Vəliyev Şehiçi bu göstəricidə qabaqlayır.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu