[b]“Qarabağ” Türkiyəyə yollandı[/b]
05.01.2017 - 11:34
[b]“Qarabağ” Türkiyəyə yollandı[/b]

Topaz Premyer Liqasının lideri "Qarabağ" qış hazırlıqlarına start verir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə Türkiyəyə yola düşüb.

 

Ağdam təmsilçisi təlim-məşq toplanışı zamanı "IC Santai" otelində məskunlaşacaq və 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Belə ki, komanda yanvarın 15-də "Skenderbeu" (Albaniya), 18-də "Styaua" (Rumıniya), 22-də ilk olaraq "Atırau" (Qazaxıstan), daha sonra isə "Termalitsa" (Polşa) klubu ilə qarşılaşacaq.