Avropa Liqasının 1/16 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunları aydınlıq gətirib.
Öz qrupunda 3-cü yeri tutan “Ludoqorets” (Bolqarıstan), “Beşiktaş” (Türkiyə) və “Rostov” (Rusiya) daha aşağı səviyyəli turnirdə çıxış edəcək. Bu komandalar onlaradək 3-cü olacağı rəsmiləşən “Borussiya” (M, Almaniya) da eyni yolla “transfer”ə məruz qalmışdı.
Çempionlar Liqasının 4 uğursuzundan başqa, Avropa Liqasının 13 komandası da artıq 1/16 finaldadı. Bunlar 1-ci yeri təmin edən “Ayaks” (Hollandiya), “Roma” (İtaliya), “Şaxtyor” (Ukrayna), “Şalke” (Almaniya), “Sparta” (Çexiya) və “Zenit” (Ukrayna), həmçinin “Anderlext” (Belçika), APOEL (Kipr), “Atletik” (İspaniya), “Genk” (Belçika), “Krasnodar” (Rusiya), “Olimpiakos” (Yunanıstan) və “Sent-Etyen”di (Fransa).
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da 1/16 final şanslarına malikdi. Sabah İtaliya “Fiorentina”sı ilə görüşəcək təmsilçimiz mərhələ keçsə, adıçəkilən 17 komanda ağdamlıların mümkün rəqibləri olacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı