Sabah Topaz Premyer Liqasının XX turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək tur paytaxt derbisi ilə başlayacaq.
2016-cı ilə qələbəylə başlayan “Neftçi” çempionatın autsayderi “Rəvan”ı sınağa çəkəcək. II dövrədə öz meydanında gözlənilmədən uduzan “ağ-qaralar” həmin uğursuzluğun revanşını almağa çalışacaqlar. 6 oyundu qələbənin nə olduğunu bilməyən “Rəvan” üzərində qələbə Əsgər Abdullayevin yetirmələrinin ən azı iki günlük iki pillə irəliləməsinə səbəb olacaq. Bu görüşün öncədən autsayderin meydanında keçirilməsi nəzərdə tutulsa da, matçın ev sahibi “ağ-qaralar” olacaq.
Turun ikinci günündə 2 qarşılaşma baş tutacaq. “Qarabağ”la xal fərqini 3-ə endirmək üçün meydana çıxacaq “Zirə” “Sumqayıt”ın qonağı olacaq. 3 turdu qələbə qazanmayan Samir Abasovun yetirmələri Premyer Liqanın debütantını məğlub edib, xal hesabını artırmağa çalışacaqlar. Paytaxt təmsilçisi isə qərarlaşdığı 2-ci pilləni qorumaq üçün ən azı 1 xal qazanmalıdı.
Günün digər oyununda “Qarabağ” “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Son 4 matçda qalib gələ bilməyən Qurban Qurbanovun yetirmələri uğursuz seriyanı qırmaq əzmindədilər. Son 3 görüşdə qol buraxan Ağdam klubu 8 matçdı qol vurmayan rəqibi itkisiz keçmək niyyətindədi. Çempionun xal itkisi liderlərin ona yaxınlaşması ilə nəticələnəcək.
Mövsümün ikinci yarısına qələbə ilə start verən komandaların Gəncədəki dueli turun son gününə təsadüf edəcək. 6 turdu qol buraxmayan AZAL “Kəpəz”in qonağı olacaq. Paytaxt təmsilçisi 4 turluq qələbə seriyasını davam etdirməklə mövqeyini daha da yaxşılaşdırmaq iddiasındadı. Gəncəlilər isə 6 matçdı meydanı xalsız tərk etmirlər.
Tura ötən mövsümün mükafatçıları “İnter”lə “Qəbələ” arasında mərkəzi oyunla yekun vurulacaq. İlə uğursuz başlayan komandalar ötən turda aldıqları məğlubiyyəti unutdurmaq üçün 3 xal qazanmalıdılar. Rəqiblər liderlər qrupundakı mövqeyini yaxşılaşdırmaq üçün turu itkisiz keçməlidilər. Son 4 görüşdə qələbə qazana bilməyən əyalət təmsilçisi qələbə qazansa, rəqibini arxada qoya bilər.
Topaz Premyer Liqası
XX tur
5 fevral (cümə)
16:30. “Neftçi” – “Rəvan”
Mövsümün ilk yarısındakı oyunlar: 3:1, 2:3
8-ci km qəsəbə stadionu
6 fevral (şənbə)
15:00. “Sumqayıt” – “Zirə”
Mövsümün ilk yarısındakı oyunlar: 0:0, 2:3
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 1:0
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
7 fevral (bazar)
13:30. “Kəpəz” – AZAL
Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 1:1
Gəncə şəhər stadionu
17:30. “İnter” – “Qəbələ”
Mövsümün ilk yarısındakı oyunlar: 2:1, 1:1
“İnter Arena”
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
19 |
11 |
5 |
3 |
28-13 |
38 |
|
2 |
Zirə |
19 |
8 |
8 |
3 |
18-14 |
32 |
|
3 |
İnter |
19 |
8 |
6 |
5 |
19-14 |
30 |
|
4 |
Kəpəz |
19 |
7 |
8 |
4 |
22-17 |
29 |
|
5 |
Qəbələ |
19 |
7 |
7 |
5 |
24-16 |
28 |
|
6 |
Neftçi |
19 |
7 |
6 |
6 |
20-18 |
27 |
|
7 |
AZAL |
19 |
7 |
4 |
8 |
12-17 |
25 |
|
8 |
Sumqayıt |
19 |
3 |
9 |
7 |
23-29 |
18 |
|
9 |
Xəzər L |
19 |
3 |
4 |
12 |
10-24 |
13 |
|
10 |
Rəvan |
19 |
2 |
7 |
10 |
12-26 |
7 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardirlər: Ruslan Qurbanov (“Neftçi”), Riçard Almeyda (“Qarabağ”) – 7.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"