[b]“Qarabağ” və “Qəbələ” limitdən narazıdı[/b]
06.10.2016 - 13:41
[b]“Qarabağ” və “Qəbələ” limitdən narazıdı[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” klubları Topaz Premyer Liqasında legioner limitinin dəyişdirilməsinin tərəfdarıdı. Apasport.az saytının məlumatına görə, bunu AFFA Klublar Komitəsinin (KK) sədri Fikrət Hüseynov deyib.

 

Hüseynov KK-nın bu gün baş tutan iclasından sonra jurnalistlərə açıqlamasında yuxarıda adları sadalanan komandaların əvvəlki sistemə qayıtmasının tərəfdarı olduqlarını bildirib.

 

Komitə sədri 6+5 limiti ilə bağlı qoyulan müddətin cari mövsümün sonunda bitəcəyini söyləyib: “Qarabağ” və “Qəbələ” limitin 7+4-ə dəyişdirilməsini təklif etdi. Yəni start heyətində bir nəfər 21 yaşadək oyunçu olmaqla 4 yerli çıxış etsin. Bunun müzakirəsini apardıq. “İnter”ə qoyulan transfer qadağasına görə, onlar iki transfer dönəmində oyunçu ala bilməzlər. Digər tərəfdən onlar, onsuz da, sistemlərini yerli futbolçular üzərində qurublar. “İnter” kimi komanda bu baxımdan daha rahatdı. Qərara gəldik ki, növbəti iclasa hər klub öz təklifi ilə gəlsin. Həmin təkliflər də AFFA İcraiyyə Komitəsinə təqdim ediləcək”.