[b]“Qarabağ” yeni rekordun astanasında[/b]
11.07.2017 - 12:54
[b]“Qarabağ” yeni rekordun astanasında[/b]

“Qarabağ” Çempionlar Liqasında ən çox qol vuran Azərbaycan klubu ola bilər. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bunun üçün II təsnifat mərhələsinin bugünkü qarşılaşmasında məhsuldarlıq nümayiş etdirməlidi.

 

Qurban Qurbanovun yetirmələri son 3 mövsümdə də mübarizə apardığı turnirdə keçirdiyi 12 görüşdə elə eyni sayda qol vurub. Bu nəticə Azərbaycan təmsilçiləri arasında 2-ci göstəricidi.

 

Qitənin ən nüfuzlu klub turnirində ən çox fərqlənən isə “Neftçi”di. Paytaxt təmsilçisi bu turnirdə 14 dəfə rəqib qapılarına yol tapıb. “Qarabağ” rekordu təkrarlamaq üçün Gürcüstanın “Samtredia” komandasına 2 top vurmalıdı. 3 qol isə ağdamlılar üçün həm mütləq rekord, həm də yubiley – 15-ci qolla əlamətdar olacaq.

 

Əyalət klubu məhsuldar oynasa bu gün, qonaqlara qənim kəsilə bilməsə, gələn həftəki cavab oyunlarında mütləq rekorda doğru irəliləyə bilər. Öncə isə “Qarabağ” iki addımlığında olduğu “Neftçi”yə çatmalıdı.

 

Qeyd edək ki, Çempionlar Liqasında qol sevinci yaşayan Azərbaycanın 7 klubu ümumilikdə 48 dəfə fərqlənib. “Qarabağ”ı “Neftçi”yə çatdıracaq 2-ci top həm də 50-ci olacaq.