[b]“Qarabağ” yubiley arzusunda[/b]
13.03.2017 - 00:01
[b]“Qarabağ” yubiley arzusunda[/b]

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” AZAL-ı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu görüş iki komanda arasında çempionatlar çərçivəsində 34-cü olacaq.

 

Geridə qalan 33 oyunda ağdamlılar 21 qələbə qazanıb. AZAL 6 dəfə 3 xala sevinibsə, digər 6 oyunda rəqiblər xalları öz aralarında bölüblər.

 

İki komanda arasındakı top fərqi də çox qabarıq dərəcədə nəzərə çarpır. Belə ki, “Qarabağ”ın 50 qol vurduğu rəqabətdə “təyyarəçilər” 26 dəfə fərqlənməyə macal tapıblar.

 

Qurban Qurbanovun komandası bu rəqibinə qarşı son 6 ev oyununda xal itkisi ilə üzləşməyib. Son 4 qarşılaşma isə istisnasız qələbə ilə başa çatıb.