“Qarabağ”ın qapısından keçirdiyimiz qol ev tapşırığının gözəl şəkildə ifası idi. Biz bu cür epizodların üzərində məşqlərdə çox çalışmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Yagelloniya” klubunun futbolçusu Fyodor Çernıx deyib.
Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən Belostok təmsilçisinin yeganə qolunun müəllifi matç haqda fikirlərini açıqlayıb.
Litvalı yarımmüdafiəçi təxminən 45 metrdən ona göndərilən uzun ötürmənin sirrini açıb: “Bu qolda uzaqdan məni tapıb, ötürmə edib Rafal Qrjibin əməyi daha çoxdu. Belə dəqiq ötürmə qol vurmaqdan dəyərlidi. Həqiqətən də çox gözəl idi. “Qarabağ” kimi komanda üzərində qələbə çox sevindirici və vacib idi. Amma bu qarşılaşma həm də üzərində çalışmalı olduğumuz çatışmazlıqları da göstərdi. Bunların üzərində işləməliyik”.
Qeyd edək ki, “Yagelloniya” Polşa çempionatının 21 turundan sonra 8-ci pillədə qərarlaşıb.