Ağdamın “Qarabağ” klubu avrokuboklarda yubiley qolunu vurub. Apasport.az saytının məlumatına görə, əyalət klubu qitə miqyaslı turnirlərdə 80-ci dəfə fərqlənib.
Yubiley qolu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa təsadüf edib. “Samtredia” ilə ev qarşılaşmasında (5:0) vurulan 4-cü top klub tarixində 80-ci olub.
Cari mövsümədək avrokuboklarda 76 qol vuran”Qarabağ” bu rəqəmi 81-ə çatdırıb. 80-ci topun müəllifi isə Vild Donald Gerye olub. Haitili futbolçu debüt matçında qol hesabını açıb və klub tarixinə 80-ci qolun müəllifi kimi düşüb.
Qeyd edək ki, “Qarabağ” avrokuboklarda ən çox qol vuran Azərbaycan klubudu.