[b]“Qarabağ”dan kiçik yubiley[/b]
14.03.2017 - 19:54
[b]“Qarabağ”dan kiçik yubiley[/b]

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” AZAL-la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş ağdamlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticə ilə bir sıra seriyalar da davam etmiş olub. Belə ki, Qurban Qurbanovun yetirmələri iki komanda arasındakı 34-cü çempionat oyunda 22-ci dəfə qələbəyə seviniblər.

 

Dino Ndlovunun qolu bu rəqabətdə 51-ci olub.

 

Bundan əlavə, Ağdam təmsilçisi “təyyarəçilər”ə qarşı keçirdiyi ardıcıl 7-ci ev oyununda xal itirməyərək həm də ardıcıl 5-ci qələbəsini qazanıb.

 

Qeyd edək ki, hazırda hesabında 48 xal olan “Qarabağ” bir oyun az keçirmiş “Qəbələ”ni qabaqlayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.