[b]Bakıdan dönüb, uduzdu[/b]
20.09.2016 - 00:40
[b]Bakıdan dönüb, uduzdu[/b]

Çexiya çempionatında VII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Slovan” (Liberets) səfərdə Praqa “Slaviya”sıyla üz-üzə gəlib.

 

Oyunun taleyini bir qol həll edib. “Slaviya”nın futbolçusu Şkodanın matçın 60-cı dəqiqəsində vurduğu qol Praqa klubuna qələbə qazandırıb.

 

Qeyd edək ki, hazırda hesabında 5 xal olan “Slovan” 16 komanda arasında 14-cü pillədə qərarlaşıb.