[b]“Qarabağ”dan sonra yenə eyni hesab[/b]
07.11.2016 - 09:13
[b]“Qarabağ”dan sonra yenə eyni hesab[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan PAOK Yunanıstan çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi VIII turda “Panionios”un qonağı olub.

 

Ötən həftə evdə “Qarabağ”a 1 topla məğlub olan PAOK yenə eyni aqibətlə üzləşib. 14-cü dəqiqədə Kərim Ansarifardın qoluna mane ola bilməyən Vladimir İviçin yetirmələri Super Liqada ikinci yenilgilərini alıblar – 0:1.

 

Bu nəticədən sonra PAOK aktivindəki 11 xalla turnir cədvəlində 7-ci pilləyə yuvarlanıb.