[b]“Qarabağ”ı cəzalandıran futbolçu simvolik “11-lik”də[/b]
14.12.2016 - 17:48
[b]“Qarabağ”ı cəzalandıran futbolçu simvolik “11-lik”də[/b]

Avropa Liqasında qrup mərhələsinin ən yaxşı futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ən yaxşı 100 oyunçu arasına “Qarabağ” və “Qəbələ”dən heç kim düşə bilməyib.

 

Dünya nəhənglərindən olan yarışın sponsoru “Fedeks”in reytinqinə “Roma”nın hücumçusu Edin Dzeko başçılıq edib. “Qarabağ”ın qrupdakı rəqiblərindən olan “Fiorentina”nın forvardı Nikola Kaliniç 2-ci, “Austriya”lı Rafael Holzhauser isə 3-cü yeri tutub.

 

“Fedeks” həmçinin qrup mərhələsinin simvolik “11-liy”ini də açıqlayıb. II turda “Qarabağ”la İtaliyadakı qarşılaşmada fərqlənən Kaliniç rəmzi komandanın hücumçuları arasında da göstərilib.

 

“Fedeks”in simvolik “11-liy”i

Qapıçı: Bred Cons (“Feyenord”)

Müdafiəçilər: Virgil van Diyk (“Sauthempton”), Simon Kyaer (“Fənərbaxça”), Domeniko Krişito (“Zenit”), Pol Lirola (“Sassuolo”)

Yarımmüdafiəçilər: Rafael Holzhauser (“Austriya”), Daniel Miliçeviç (“Gent”), Juliano (“Zenit”)

Hücumçular: Edin Dzeko (“Roma”), Nikola Kaliniç (“Fiorentina”), Leon Beyli (“Genk”).

 

Qeyd edək ki, “Fedeks” reytinqi futbolçuların avrokubok və milli çempionatdakı çıxışlarının analizi nəticəsində müəyyənləşir.