[b]“Qarabağ”ı hər istədiyində məğlub edə bilməzsən”[/b]
11.07.2017 - 10:04
[b]“Qarabağ”ı hər istədiyində məğlub edə bilməzsən”[/b]

“Əlbəttə ki, ən ağır oyunumuza çıxacağıq. Ancaq digər tərəfdən maraqlı olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Samtredia”nın müdafiəçisi Giorgi Mçedlişvili deyib.

 

Gürcüstan çempionu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq.

 

Qarşılaşma öncəsi yerli mətbuata danışan Mçedlişvili komandasının şansını dəyərləndirib. 25 yaşlı futbolçu Bakıda sürpriz etmək istədiklərini vurğulayıb: “Qarabağ” çox güclü və olduqca təcrübəli komandadı. Kifayət qədər imkanları var. Başa düşürük ki, onları hər istədiyində məğlub edə bilməzsən. Bütün hallarda biz “döyüşə” hazırıq. Bütün ruhumuzla, ürəyimizlə mübarizə aparmalıyıq. Təbii ki, bəxt də tərəfimizdə olmalıdı. Ümid edirəm ki, “Qarabağ”la matçda bunlar baş verəcək və azarkeşlərimizi sevindirəcəyik. Futbol sürprizlərlə doludu. Niyə də biz bunu həyata keçirməyək?”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” görüşü saat 21:00-da başlayacaq.