[b]“Qarabağ”ın 10-cu sınağı[/b]
19.07.2016 - 14:18
[b]“Qarabağ”ın 10-cu sınağı[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Düdelanj”la Lüksemburqdakı oyunu “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində 10-cu matç olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək bu turnirdə 9 qarşılaşmaya çıxan Qurban Qurbanovun yetirmələri 5 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə meydandan məğlub ayrılıb.

 

“Qarabağ” Çempionlar Liqasında 10 qol vurub, 4-nü buraxıb. Əyalət klubu bu yarışda cəmi 2 il əvvəl debüt edib. 2014/15 mövsümündə Malta “Valletta”sını (1:0, 4:0), ötən mövsüm Monteneqro “Rudar”ını (0:0, 1:0) mübarizədən kənarlaşdıran ağdamlılar II təsnifat mərhələsinin “Düdelanj”la görüşünü (2:0) də nəzərə alsaq, bu raundda qol buraxmayıb.

 

Ötən iki mövsümün hər ikisində “Qarabağ” III təsnifat mərhələsində dayanıb. Əvvəl Avstriya “Zalsburq”u (2:1, 0:2), ardınca Şotlandiya “Seltik”i (0:1, 0:0) keçilməz olub.

 

Qeyd edək ki, Çempionlar Liqasında ən çox oyun keçirən Azərbaycan klubu “Neftçi”di. Bakılıların hesabında 18 matç var. “Şəmkir”, “İnter” və “Bakı”  hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran” 2 oyun keçirib.