Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “İnter”in futbolçusu Zurab Xizanişvili cari mövsümdə qol vuran ən yaşlı oyunçu ünvanına yiyələnib.
1981-ci il oktyabrın 6-da anadan olan gürcüstanlı müdafiəçi XX turun “Qarabağ”la səfər qarşılaşmasında fərqlənib. O, 35 yaş 145 günlüyündə sevinib.
1:0 hesablı qələbəsinin memarı olan legioner Rəşad Abdullayevin rekordunu yeniləyib. Zurabdan 5 gün böyük olan AZAL-lı yarımmüdafiəçi fevralın 3-də qol sevinci yaşamışdı. Maraqlıdı ki, 25 gün əvvəlki qarşılaşmada da “qoca”nın qurbanı “Qarabağ” olub. Həmin gün Abdullayev 35 yaş 125 günlük idi.
Qeyd edək ki, cari çempionatda 3-cü dəfə fərqlənən Zurab legioner karyerasında çempionatlardakı ilk qolunu 2005/06 mövsümündə “Blekbern”də oynadığı vaxt “Mançester Siti”yə vurub.