[b]“Qarabağ”ın daha bir futbolçusu milliyə çağrıldı[/b]
03.10.2017 - 00:17
[b]“Qarabağ”ın daha bir futbolçusu milliyə çağrıldı[/b]

“Qarabağ”ın daha bir oyunçusu milli komandaya dəvət alıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Donald Gerye Haiti yığmasına çağrılıb.

 

Cənubi Amerika təmsilçisi oktyabrın 10-da Yaponiya ilə oynayacağı yoldaşlıq görüşü üçün heyəti açıqlayıb. Siyahıda ağdamlıların futbolçusu da var.

 

Qeyd edək ki, daha əvvəl Ansi Aqolli Albaniya, Tarık El Yunusi Norveç, İbrahim Şehiç isə Bosniya və Hersoqovina yığmalarının düşərgəsinə dəvət olunub.