[b]“Qarabağ”ın daha bir üzvü milliyə dəvət aldı[/b]
02.10.2017 - 11:58
[b]“Qarabağ”ın daha bir üzvü milliyə dəvət aldı[/b]

“Qarabağ”ın daha bir futbolçusu komandanın düşərgəsini tərk edəcək. Apasport.az saytı xəbər verir ki, söhbət Vild-Donald Gerryedən gedir.

 

Belə ki, 28 yaşlı yarımmüdafiəçi Haiti yığmasına çağırılıb. O, “Kirin Kuboku” çərçivəsində Yaponiya ilə keçiriləcək matça dəvət alıb. Haitinin yaponlarla qarşılaşması oktyabrın 10-da Yokohamada baş tutacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın digər futbolçuları – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Rahid Əmirquliyev, Mahir Mədətov, Əfran İsmayılov və Ramil Şeydayev Azərbaycan, İbrahim Şehiç Bosniya və Herseqovina, Ansi Aqolli Albaniya, Tarik Elyunussi Norveç, Dino Ndlovu isə CAR yığmasına dəvət alıb.