Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Səball” qarşılaşması xoşagəlməz halla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, son illərdə Azərbaycan futbolunun liderinə çevrilən Ağdam təmsilçisi ev oyununda diktor çatışmazlığından əziyyət çəkib.
Belə ki, “Qarabağ” kubok oyunu zamanı stadiona məlumatları elan edən şəxs tapmayıb. Bu problem ilə görüşdən öncə qabarıq hiss olunub.
Hakimin fiti ilə futbolçular bir dəqiqəlik sükutla təyyarə qəzasında dünyasını dəyişən Braziliya “Şapokoense”sinin üzvlərini yad etsə də, tribunaların bundan da xəbəri olmayıb. Bu isə son üç mövsümün çempionu, ardıcıl 3 dəfə Avropa Liqasının qrupunda oynayan komandaya yaraşan hal deyil.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı