[b]“Qarabağ”ın ən təhlükəli futbolçuları Reynaldo və Kintanadı”[/b]
28.09.2016 - 16:01
[b]“Qarabağ”ın ən təhlükəli futbolçuları Reynaldo və Kintanadı”[/b]

İtaliya mətbuatı Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Fiorentina”nın qonağı olacaq “Qarabağ” haqda yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, yazıda Ağdam klubunun tarixi ilə yanaşı, onun oyun fəlsəfəsinə də yer verilib.

 

“Qarabağ”ın ardıcıl 3 dəfə Azərbaycan çempionu olduğunu xatırladan italiyalı həmkarlarımız komandanın ən təhlükəli futbolçuları qismində 2 nəfərin adını qeyd edib. Bunlar Reynaldo Silva və Dani Kintanadı. “Qarabağ”ın oyun tərzinə də toxunan İtaliya mətbuatı çempionumuzun 4-3-3 və 4-2-3-1 taktiki sxemlərində çıxış etdiyini vurğulayıblar.

 

“Qarabağ”ın göstərdiyi oyun tərzinə görə “Barselona”nı xatırlatması italiyalıların da diqqətini çəkib. Belə ki, onlar Qurban Qurbanovun çalışdırdığı komandanın “Qafqazın “Barselona”sı” adlandırılmağına da yazıda yer veriblər.

 

Qeyd edək ki, sabah “Artemio Franki” stadionunda keçiriləcək “Fiorentina” – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

0